Rusiya istehsalı olan avtomobillərin Azərbaycana qiyməti bahalaşıb.

Bu barədə faktı Unikal.org-a «Xəzər-Lada ASC» ofisindən təsdiqləyiblər.

Bildirilib ki, hazırda ofislərdə «Xəzər-Lada ASC» məxsus 3 model avtomobillərin satışı həyata keçirilir. Bu avtomobillərin ötən illə müqayisədə satışı 1000-1500 manat arası bahalaşıb.

Hazırda 2017-ci ilin istehsalı olan 3 avtomobil modeli - "Urban, "Niva və "Priora satılır.

Onların qiymətləri isə belədir:

"Niva sadə 15300 manat (2017-ci ildə 14500 manat) satılır.

"Niva konisanerli 16300 manat (2017-ci ildə 15500 manat) satılır.

"Urban 18200 manat (2017-ci ildə 17500 manat) satılır.

"Priora 16000 manat (2017-ci ildə 14500 manat - 15000 min manat) satılır.

Unikal.org-un digər əldə etdiyi məlumata görə, «АvtoVaz» ASC-nin istehsalı olan bütün növ avtomobillərin Azərbaycana idxalı dayandırılıb. 2018-ci ildə bu şirkətə məxsus avtomobillər ölkəmizə gətirilməyib. Hazırda Granta, Kalina, Vesta, Xray, Largus modellərinin Azərbaycana idxalı da dayandırılıb. Bu növ avtomobillər «Xəzər-Lada ASC» ofislərində satılmır.

«Xəzər-Lada ASC»-nin satış ofisindən bildirilib ki, avtomobillərin idxal edilməməsinə səbəb qiymətlərdir. Hazırda «АvtoVaz» ASC-də qiymətlər müəyyənləşdirilir və gələn ay üçün avtomobillərin idxalı nəzərdə tutulur. Ən çox böyük mühərriki olan avtomobillərin qiymətində bahalaşma ola bilər. Amma bütün bu qiymətləndirmələr «АvtoVaz» ASC-də təyin olunacaq.