"Miss Azerbaijan - 1997" gözəllik müsabiqəsinin qalibi, aktrisa Gülsara istirahətə yollanıb.
Unikal.org məlumat verir ki, aktrisa bu dəfə Birləşmiş Ərəb Əmirliklərinə üz tutub. Keçmiş model Dubayda çəkilmiş fotolarını Instagram izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, aktrisa bundan əvvəl də Instagramda istirahət fotolarını paylaşmışdı. Gülsara istirahət üçün Maldivə getmişdi.
Gülsaranı tamaşaçılar "Yarımdünya" filmindəki obrazı və türkiyəli ifaçı Ziynet Sali ilə birgə ifa etdiyi "Follow me" dueti ilə tanıyır.