Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlətə məxsus nəqliyyat vasitələrinin növbəti partiyasını satışa çıxarıb. 

Unikal.org xəbər verir ki, 27 fevral tarixində 5 avtomobil hərraca çıxarılacaq.

1-ci sətirdə "Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

2-ci sətirdə "Bakı Metropoliteni QSC-nin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

3-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır

4- cü sətirdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin balansında olan nəqliyyat vasitəsinin 28.11.2017-ci il tarixində keçirilmiş hərracının nəticəsi ləğv olduğu üçün təkrar olaraq hərraca çıxarılır

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda - AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).(avtosfer)

(tel:566-07-44)