Türkiyə hərbi-hava qüvvələri PKK lideri Abdullah Öcalanın Suriyanın Afrin bölgəsində inşa edilən abidəsini bombalayıb.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatları (PUA) ilə vurulan abidə yerlə-yeksan olub.

Qeyd edək ki, üzərində Öcalanın portreti olan 53 metrlik beton abidə PKK yaraqlıları tərəfindən Darmık dağının yamacında inşa edilmişdi.