Rusiya və Türkiyə arasında "S-400 zenit-raket sistemlərinin alınması üçün Türkiyə tərəfinə kreditin ayrılmasına dair saziş imzalanıb. 

Unikal.org-un "İnterfaksa istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın "Rostex dövlət konserninin rəhbəri Sergey Çemezov bildirib.

Qeyd edək ki, bu Rusiya və Türkiyə arasında kredit müqaviləsinin imzalanmasının ilk rəsmi təsdiqidir.

Xatırladaq, Türkiyə bir müddət əvvəl Rusiyadan ümumi dəyəri 2,5 mlrd. dollar olan 4 divizion S-400 zenit-raket sistemləri alıb.