Bu gün səhər Fransanın Var departamentində, Karkes gölü yaxınlığında havada iki hərbi helikopter toqquşub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, toqquşma nəticəsində 5 nəfər həlak olub, 6-cı sərnişinin taleyi məlum deyil.

Yerli hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb. Polisə məxsus helikopter hadisə yerinə gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.