Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova Rusiya prezidenti Valdimir Putinin mətbuat katibi Dmitri Peskova irad tutub.

Unikal.org Rusiya KİV-nə istinadən məlumatına görə, E.Pamfilova bunu belə izah edib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlara icazə verilmir.

MSK sədri konkret fakta da istinadən edərək təşviqat aparıldığını bildirib: "Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birini qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb... Orada dəqiq təşviqat var.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.