Türkiyə Silahlı QüvvələrininSuriyanın Afrin rayonunda keçirdiyi hərbi əməliyyatı izləyən "Anadolu" agentliyinin müxbiri Sarp Özər yaralanıb.

Unikal.org-un "Anadoluya istinadən verdiyi xəbərə görə, raket və top mərmisinin yaxınlığına düşməsi nəticəsində jurnalist əlindən və ayağından yara alıb. S. Özər ilkin tibbi yardımdan sonra Türkiyədə xəstəxanaya çatdırılıb. 
Vəziyyəti yaxşıdır.