Telefon partlaması nəticəsində 12 yaşlı uşaq bir gözünü barmağını itirib. Unikal.org xarici mətbata istinadən xəbər verir ki, hadisə Çində baş verib.

12 yaşlı Meng Jisu adlı uşaq atasının köhnə telefonuna enerji doldurmaq üçün toka taxıb. Bu zaman da faciə baş verib. Telefonun bir anda partlayıb və uşaq ciddi xəsarət alıb. Övladlarının qan içində yerdə yatdığını görən ailə təəccili yardım çağırıb və uşağı tez zamanda xəstəxanaya çatdırıblar. Xəsarət alan uşağın əməliyyatı 5 saat çəkib. Onun bədənindən bir çox plastik parça çıxarılıb.

Sözügedən mobil telefonunun markasının Hua Tang VT-V59 olduğu deyilib. Hua Tang adlı telefon şirkəti isə hadisə ilə bağlı açıqlama verməkdən boyun qaçırır.