Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 66,5% təşkil edib. Dekabrın əvvəlinə bu göstərici 68,99%, ötən il yanvarın 1-nə isə 79,63% olub.

Unikal.org-un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi yanvar ayının 1-nə 72,4% olub. Keçən ay bu göstərici 72,08%, 2017-ci il yanvar ayının 1-nə isə 75,29% təşkil edib.

Kreditlərin strukturunda isə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 40,86% təşkil edib. Dekabrın 1-nə dollarlaşma dərəcəsi 40,63%, ötən ilin əvvəlinə isə 47,32%-ə bərabər olub.

(Report.az)