Bu gün yerli vaxtla saat 02.35 radələrində ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Keysi şəhəri yaxınlığında baş verən qəza nəticəsində Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında olan 2 nəfər ölüb, 70-ə qədər insan xəsarət alıb.

Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Toqquşma nəticəsində 20 min litrə qədər yanacaq sızıb. Bir neçə vaqon relsdən çıxıb.