İngiltərənin Stivenic şəhərində qocalar evində yanğın baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə zamanı binada 41 nəfər olub. Yanğının səbəbləri hələ ki, məlum deyil.