Trabzon şəhərində bələdiyyə avtobusu uşaq parkına aşıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün səhlənkarlığı olub. Belə ki, sürücü ayaqyolu ehtiyacı üçün avtobusu enişdə saxlayıb.

Bir müddət sonra sürətli bir şəkildə hərəkət etməyə başlayan sürücüsüz avtobus iki avtomobillə toqquşub. Daha sonra reklam plakatlarına çırpılaraq yolun aşağı hissəsindəki uşaq parkına düşüb. Hadisə yaxınlıqdakı şirkətin təhlükəsizlik kamerasına düşüb.

Hadisə səhər saatlarında baş verdiyindən ölən və yaralanan olmayıb.