Azərbaycanda bankomatların ümumi sayı illik müqayisədə 23 ədəd və ya 0,9% azalaraq 2018-ci il yanvarın 1-nə 2 431-ə düşüb. Dövriyyədə olan bankomatların 1 308-ü və ya 53,8%-i Bakı, 1 123-ü və ya 46,2%-i regionların payına düşüb.
Unikal.org Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinadən xəbər verir ki, POS-terminalların sayı da 6 335 və ya 8,8% azalaraq 2018-ci il yanvarın 1-nə 65 471 ədədə enib. Bunun da 37 068-i və ya 56,6%-i paytaxt, 28 403-ü və ya 43,4%-i regionlarda yerləşdirilib.
Qeyd edək ki, cari il yanvarın 1-nə ölkədə hər 4,1 min nəfərə bir bankomat, hər 150 nəfərə bir POS-terminal düşüb.