Prezident İlham Əliyev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə Elmir Tofiq oğlu Vəlizadəni təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, prezidentin 2 fevral 2018-ci il tarixli 3635 saylı Sərəncamı ilə Elmir Tofiq oğlu Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olub. 

Qeyd edək ki, prezident İlham Əliyev 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin strukturunu təsdiqləyib. Sözügedən siyahıda əvvəllər nazir müavini olmuş İltimas Məmmədov yer almayıb və o, bu vəzifədən azad olunub. Elmir Tofiq oğlu Vəlizadə də fevral ayının 2-dək bu vəzifədə yer almamışdı.