Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, digər sərəncamla V.Vasilyev region hökumətibaşçısınınmüavini Anatoliy Karibovu yeni hökumət formalaşanadək müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin edib.

Qeyd edək ki, bugün Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər vəzifəli şəxslər saxlanılıb. Yanvarın 21-dəisə Mahaçqala meri Musa Musayev səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlətə 80 milyon rubl ziyan vurulması ittihamı ilə həbs edilib.