CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 70,04 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,86 dollar/barel azdır. 

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 69,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 65,5 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 67,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.