Ölkənin aparıcı banklarından olan Rabitəbank 2018-ci ildə fəaliyyətinin 25-ci ilinə qədəm qoyur. 25-illiyi münasibətilə bank il ərzində müştərilərini bir-birindən maraqlı olan kampaniyalarla sevindirəcək.
Unikal.org xəbər verir ki, 14 fevral Sevgililər günü münasibətilə Rabitəbank güzəştli şərtlərlə 10 000 AZN-dək nağd pul kredit kampaniyasını təklif edir.
Belə ki, kampaniya çərçivəsində 5 ildən 25 ilədək nigahda olan ailələr 10 000 AZN-dək nağd pul kreditini 36 ay müddətinə 0% komissiya ilə 25%-dək endirimlə əldə edə bilərlər.
Kampaniyadan faydalanmaq istəyənlərdən əlavə olaraq olaraq nikah haqqında şəhadətnamə və yoldaşın şəxsiyyətini təsdiq edən sənəd tələb olunacaq.
Artıq başlamış kampaniya 16.02.2018-ci il tarixinədək davam edəcək.
Güzəştli krediti Rabitəbank-ın istənilən filialına müraciət edərək əldə etmək mümkündür.
Rabitəank-ın məhsul və xidmətləri haqqında məlumatları bankın istənilən filialından, www.rabitabank.com saytından, 133 nömrəli Məlumat Mərkəzindən, eləcə də bankın rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Ətraflı məlumat üçün: http://bit.do/SevgililerGunu
Rabitəbank 25 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı, uzunmüddətli təcrübə və geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir. Öz fəaliyyətinin 25-ci ilində də Rabitəbank hər zaman olduğu kimi yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir.
Hazırda Bank ölkə ərazisində fəaliyyət göstərən 22 filial və 1 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunu əhatə edir.