Avropa İnvestisiya Bankı (EIB) Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) inşası layihəsi üçün 1,5 milyard avro həcmində kredit ayrılmasını təsdiq edib.
Unikal.org xəbər verir ki, bu barədə "Reuters" agentliyi EIB-yə istinadən məlumat yayıb.
Qərar bu gün bankın Direktorlar Şurasının iclasının yekununda qəbul olunub.
Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir və Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək.