Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində dəmir yolunun Dəllər-Şəmkir mənzilində 8,6 km-lik yolun təmirinə start verilib.

Unikal.org "Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir ki, bir həftə davam edəcək təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədi ilə, ADY və Çexiyanın "MORAVİA STEEL şirkəti arasında "Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 450 km dəmir yolu əsaslı təmir olunub.