"Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf startegiyası və planların icracı nəzərdə tutulur.
Unikal.org xəbər verir ki, bunu "Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib.
Onun sözlərinə görə, bunun üçün yerli və xarici konsaltinq şirkətləri cəlb ediləcək: "İpəkçilik həm iqtisadiyyatın önəmli sahəsi, həm də qədim sahədir. Bu sahənin inkişafı çox vacibdir".