"Ripple kriptovalyuta servisinin keçmiş baş direktoru Kris Larsen ən zəngin kriptovalyuta biznesmeni olub.
Unikal.org bu barədə "Forbes jurnalının yeni reytinqinə istinadən məlumat verir.
Qeyd olunur ki, onun varidatı 8 milyard dollara yaxın dəyərləndirilir.
Siyahıda ikinci yerdə "Ethereum kriptovalyutasının yaradıcısı Cozef Lavin qərarlaşıb. Onun sərvəti 5 milyard dollara yaxındır.
Siyahıda ilk üçlüyü "Binance kriptovalyutasının təsisçisi, 2 milyard sərvətə malik Çanpen Çhao qapayır.