"Xaçmaz istiqamətinə olan dəmir yolu xətti yenidən inşa olunur".
Unikal.org xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yollarında son üç ilin yekunlarına həsr olunmuş yığıncaqda QSC sədri Cavid Qurbanov bildirib.
C. Qurbanovun sözlərinə görə, Bakı-Yalama stansiyası yenidən təmir olunacaq, buradan elektrik qatarları buraxılacaq.
"Xudat stansiyasından sola dönməklə Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərini hazırlayırıq. Gələcək üçün isə Qəbələdə qış-istirahət mərkəzi ilə "Şahdağ" qış-istirahət mərkəzini tunel vasitəsi ilə bir-birinə birləşdirməyi düşünürük. Bir növ dairə alınacaq", - deyə C. Qurbanov əlavə edib.