Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu ilə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.
Artıq Azərbaycan Fransanın "Stadler Rail Group Alstom firmasından 64 ədəd sərnişin vaqonu alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda bu vaqonlar qısa zamanda yeni xətlərə keçiriləcək.
Məlumata görə, yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq.
Qatarda həmçinin restoran və bar fəaliyyət göstərəcək.