Ötən il vətəndaşlara verilən pensiya və müavinətlərinin həcmi açıqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.
Onun sözlərinə görə, ötən il vətəndaşların pensiya və müavinətlərinin həcmi 3,4 mlrd. manat olub.
Bundan başqa, işləyən pensiyaçıların hesablarında yığılmış vəsaitdən istifadənin tətbiqi nəticəsində onlara 2,5 mln. manat əlavə vəsait ödənilib.