Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.
Unikal.org-un məlumatına görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb.
Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.
Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.
Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.