Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2018-ci ilin yanvar ayında dövlət büdcəsinə 1 mlrd. 393,1 mln. manat vəsait daxil olub.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcədən 976,5 mln. manat vəsait xərclənib.

Bununla da büdcənin icrasında 416,6 mln. manatlıq profisit yaranıb.

2017-ci ilin yanvar ayı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 12%, xərcləri isə 5,6% artıb.