2017-ci ildə sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 194,5 min nəfər təşkil edib, onların 33,8 min nəfəri mədənçıxarma, 102,7 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
Unikal.org xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2017-ci ildə sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən illə müqayisədə 7,6 faiz artaraq 968,8 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 9,9 faiz, emal sənayesində 7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 6,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 1,7 faiz artıb.