Fevralın 21-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək

"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın unikal.org-a verdiyi məlumata görə, Bakı-yük- Keşlə mənzilinin tək yolunda yolunda aparılan təmir işləri ilə bağlı "Texniki fasilənin verilməsi ilə əlaqədar olaraq, 21.02.2018-ci ildən 06.03.2018-ci ilədək (daxil olmaqla) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.