Sabirabad rayonunda 25 yaşlı oğlan bıçaqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, ötən gecə rayonunun Qalağayın kənd sakini, 1993-cü il təvəllüdlü Tarverdiyev Allahverdi Rəhim oğlu 3 bıçaq yarası ilə Sabirabad rayon Xəstəxanasına yerləşdirilib. O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.