Məşhur model Bar Refaelinin çəkildiyi çimərlik geyimi reklamı İsraildə qadağa olunub.
İsrail TV-ləri 30 yaşlı modelin açıq-saçıq görüntülərini yayımlamaqdan imtina edib.
Reklamda 3 aylıq hamilə olan model avtomobil qapısının arxasında çimərlik geyimini dəyişməsi, rəqs etməsi görüntüləri yer alıb.
TV rəsmiləri duş altında açıq-saçıq görüntülərdə ədəbsizliyə yol verildiyini iddia edərək reklam yayımı barədə qəti qərar verib.
Reklamın redaktə olunmuş hissələri isə gecə saat 10:00-dan sonra yayımlanacaq.