Bakıda daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib.

Bu barədə unikal.org-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

"Yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir. Bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib. Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir", - deyə məlumatda vurğulanıb.