Vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə unikal.org-a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçirilən qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinləri iştirak ediblər.

Qəbulda vətəndaşlar, əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Görüşdə Vergilər Nazirliyinin yerli vergi orqanlarının rəhbərliyi də iştirak edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı Nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.