Bu gün dünya miqyasında ən çox həyata keçirilən estetik cərrahi müdaxilələrdən biri də sinə böyütmə əməliyyatlarıdır. Bu əməliyyat döşlərə yerləşdirilən silikon əsaslı protezlərlə həyata keçirilir. Bu əməliyyatlar nə qədər çox keçirilsə də, döşlərə qoyulan silikonların zərərli olub–olmaması hələ də mübahisə mövzularından biridir. Türkiyədə məşhur xanımlarla yanaşı, adi qadınlar arasında da tez-tez həyata keçirilən bu cərrahiyyə haqqında estetik, plastik və rekonstruktiv cərrah Bülent Cihantimur danışıb. Unikal.org aile.lent.az-a istinadən xəbər verir ki, uzmanın fikirlərini təqdim edir.
Sinə qadının estetik duruşuna çox əhəmiyyətli dərəcədə təsir edir. Buna görə də təsadüfi deyil ki, çox sayda qadın döşlərini bir və ya iki ölçü böyütmək üçün bu əməliyyata müraciət edir: "Döş böyütmə üçün ən çox istifadə edilən üsul həmin bölgəyə silikon protez yerləşdirilməsidir. Əməliyyat sonrası fiziki dəyişikliyə əlavə olaraq, psixoloji olaraq da qadınlar özlərini çox daha yaxşı hiss etdiklərini, özgüvənlərinin artdığını bildirirlər. Xəstələrimizin ən çox soruşduğu sual isə yerləşdirilən bu silikon protezlərin hər hansı bir zərərinin olub–olmaması haqqındadır".
Həkim deyir ki, döş böyütmə əməliyyatının sadə forması 1800-cü illərdə tətbiq edilməyə başlanıb. Ötən bu illər ərzində inkişaf etdirilən materiallar fəsad riskini yox edib. Bədənə uyğun maddələrin tapılması bu gün gəldiyimiz nöqtədə çox yaxşı nəticələrin alınmasını təmin edib. Silikon protezlər isə 1960-cı ildən bu yana döş böyütmə əməliyyatında istifadə olunur: "Təbiətdə qum və ya kristalların tərkibində olan maddədən hazırlanır, laboratoriya mühitində əməliyyatdan keçərək, bu gün istifadə etdiyimiz formaya salınır. Bədənə hər hansı bir zərəri yoxdur. Bu illər ərzində zərərli bir maddəyə çevrilmədən qala bilməsi bunu sübut edib. Silikonun tərkibi təbii maddələrlə zəngindir. Bu təbii maddələr bu gün bir çox dərman bazasında istifadə edilir".
Silikonun ölçüsünə həkiminizlə birlikdə qərar verin
B. Cihantimur sinə böyütmə üçün istifadə edilən silikon protezin ölçüsünə diqqət etməyin vacib olduğunu vurğulayıb: "Bədənimiz bir bütündür və sinə ölçüsü də sizin estetik görünüşünüzü təmin edərək bu bütünə uyğunlaşmalıdır. Yəni lazım olduğundan çox böyük ölçüdə döş sizin bədəninizdə harmoniyanı pozacaq. Buna görə də silikon protezin böyüklüyü mövzusunda həkiminizin fikirlərinə mütləq diqqət edin. Həkim sizə bədəninizə ən çox uyğun gələn ölçünü deyəcək".