Kapital Bank ASC Novruz bayramı münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb.
Bu barədə unikal.org-a Bankdan bildirilib.
Məlumata görə, martın 31-nə qədər davam edəcək aksiya çərçivəsində "Kapital Bankdan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4% endirim edilir. 8 000 manata qədər kreditlər isə zaminsiz verilə bilər.
Qeyd edək ki, "Kapital Bankda "Gündəlik tələbat kreditinin məbləği 300 - 20 000 manat təşkil edir. Kredit 3-48 aylıq müddətə rəsmiləşdirilir. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü "Kapital Bankdan alanlara şamil edilir.
Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və yaxud təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.