Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Unikal.org xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,54 dollar bahalaşaraq 64,37 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Light markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar artaraq 61,25 dollar olub.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,13 dollar və ya 0,2% artaraq 65,11 dollar təşkil edib.