Türkiyənin Ayvalık mahalının Altınova məhəlləsində, aşbaz kimi çalışan Azərbaycanlı 55 yaşlı Sevda Oruçova (55) Türk Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" hərəkətində şəhid olan son 8 əsgər və hərbiçilər üçün ehsan süfrəsi açıb.

Unikal.org xəbər verir ki, 26 ildən artıqdır ki, Türkiyədə yaşayan 55 yaşlı Azərbaycanlı Sevda Orucova məscidə gələrək onların ruhuna "Quran" oxutdurub və sonra loxma "Simit" bişirib. 

Camaata məscid çıxışında loxma ehsan edən Sevda Orucova jurnalistlərə bunları deyib: "Mən Azərbaycandan qardaş ölkəyə gəlmişəm. Burada ailəmi dolandırmaq üçün çox işlərlə məşğul olmuşam. Çobanlıqdan, ev təmizliyi, börekçilikten aşbazlığa qədər bir çox işdə çalışmışam. Əsgərlərimizi çox sevirəm. Nə zaman başım dara düşsə həmişə yanımda oldular, mən də onlara qol qucaq açdım. Altınova xalqı məni heç bir zaman pis baxmadı.  Özlərindən biri olaraq gördü. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Allah dövlətimizə və əsgərlərimizə güc versin".