Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən unikal.org-a verilən məlumata görə, ötən ay ərzində 364,1 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, bu ilin ilk ayında Fond tərəfindən valyuta hərraclarında 299,1 mln. dollar məbləğində vəsait satılıb.

Bununla da ARDNF bu ilin iki ayında ümumilikdə 663,2 mln. dollar satıb.