Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən "İnci körpələr evi-uşaq bağçasının binası martın 5-də istifadəyə verilib.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

***

Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə edib.

Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib. O, hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini deyiblər.

Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər.