Azərbaycanda pul bazası bu il martın 1-nə 9 180,6 mln. manat təşkil edib.

Unikal.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 419 mln. manat və yaxud 4,78% çoxdur.

İlin əvvəlinə nisbətən pul bazası 637,4 mln. manat və yaxud 7,46%, son 1 ildə isə 2 193,6 mln. manat və yaxud 31,4% artıb.