Daxili İşlər Nazirliyi son sutka ərzində qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

Unikal.org-un nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlərlə açılıbb. Əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.