"Natiq" ritm qrupu ilə böyük layihə etdik. Gözəl bir mahnı hazırladıq. Ona klip çəkdirmək istəyirdik, amma alınmadı".
Unikal.org Axşam.az-a istinadən məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu deyib. Sənətçi "5/5" verilişində sponsor tapa bilməməkdən şikayətlənib:
"Vətənpərvərlik mövzusunda layihə hazırlayanda ona sponsor tapa bilmirik. Ona görə də buna klip çəkdirə bilmədik. Onun üçün böyük məbləğ lazımdır".
Dostluqlardan söz açan meyxanaçı etibarsız insanların çoxaldığını bildirib:
"Həyatımız fonoqramlaşıb. Səmimiyyətdən, ədalətdən uzaqlaşırıq. Əvvəl təkcə şou-biznesdə belə adamlar var idisə, indi həyatda hər addımda bu hadisələrlə rastlaşırıq. Geri dönüb baxırsan ki, arxada olan insanlar var. Onların yanında olmasını istəyirsən, yerlərini heç kim doldurmur. Get-gedə qeyri-səmimi insanlar daha irəli gedirlər".