Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan əksər yeyinti məhsullarının gömrük qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Unikal.org bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məsələn, 2 ay ərzində ölkəyə gətirilən ətin hər tonu 1 500 ABŞ dollarına (hər kiloqramı 1,5 dollara və yaxud 2,55 manata) rəsmiləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Südün gömrük qiymətində 1,6%, kərə yağının və süddən hazırlanmış digər yağların gömrük qiymətində 64,4%, meyvə-tərəvəzin gömrük qiymətində 19,6%, çayın gömrük qiymətində 4%, bitki və heyvan mənşəli piy və yağların gömrük qiymətində isə 5,1% artım olub.
Əvəzində Komitə Azərbaycana idxal olunan buğdanın hər tonunu illik müqayisədə 6,4%, şəkərin hər tonunu isə 1,5% aşağı qiymətə rəsmiləşdirib.
â„– | Yeyinti məhsulunun adı | Məhsulun 1 tonunun gömrük qiyməti (ABŞ dolları ilə) | Dinamika | |
Yanvar-fevral, 2018 | Yanvar-fevral, 2017 | |||
1 | Ət | 1500 | 1351 | 11,02% |
2 | Süd | 1510 | 1487 | 1,55% |
3 | Kərə yağı | 5790 | 3522 | 64,40% |
4 | Meyvə-tərəvəz | 483 | 404 | 19,55% |
5 | Çay | 393 | 378 | 3,97% |
6 | Buğda | 175 | 187 | -6,42% |
7 | Piy-yağ | 931 | 886 | 5,08% |
8 | Şəkər | 450 | 457 | -1,53% |