Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 3 milyard 661 milyon 979 min ABŞ dolları olub.
Bu haqda Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumatda bildirilib.
Ötən iki ayda ticarət əməliyyatlarının ümumi həcminin 1 milyard 451 milyon 527 min ABŞ dolları idxalın, 2 milyard 210 milyon 451 min ABŞ dolları isə ixracın payına düşüb.