Xəbər verdiyimiz kimi, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.
Bu barədə Unikal.org-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində yaralanan 15 nəfərin xəsarəti yüngül olduğundan abulator müalicə olunaraq evə buraxılıb. Qalan 5 nəfər isə Mingəçevir şəhər Mərkəzi Xəstəxnasında müalicə alır. Yaralananlardan yalnız 1 nəfərin vəziyəti ağır olduğundan üzərində bütün lazimi tibbi xidmət göstərilir.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihə həyata keçirir.