Naxçıvan Muxtar Respublikasında (MR) ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi" mövzusunda VI regional elmi-təcrübi konfrans başlayıb.
Unikal.org xəbər verir ki, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudovun Modern.az saytına verdiyi məlumata görə, konfransın keçirilməsində əsas məqsəd bu sahədə olan mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsinin aparılmasıdır.
R.Mahmudov qeyd edib ki, konfrans çərçivəsində Naxçıvanda 22 açıq ürək əməliyyatının icrası nəzərdə tutulub.
Qeyd edək ki, konfrans Azərbaycan və Naxçıvan MR-in Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.