Şəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzasıbaş verib. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunun "Yasamal aşırımı adlanan hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya sürücünün sərxoş halda avtomobili idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.