"Azərbaycan Gürcüstanın sadiq dostu və strateji tərəfdaşıdır.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Marneuli sakinlərinə Novruz bayramı münasibətilə ünvanladığı təbrik müraciətində deyilir.
Baş nazir qeyd edib ki, Gürcüstan azərbaycanlılarının tarixi vətənləri olan Azərbaycanla əlaqələrini itirməməsini alqışlayır: "Biz bir ölkənin övladlarıyıq. Bizim əcdadlar birgə yaşayıb, kədər və sevinci bölüşüblər. Biz beləyik və bizim övladlar da bu ənənəni davam etdirəcəklər.
G.Kvirikaşvili azərbaycanlılara sülh, xoşbəxtlik, sevinc və tərəqqi arzu edib.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də marneuliləri bayram münasibətilə təbrik edib: "Siz dövlət quruculuğuna verdiyiniz töhfə ilə fəxr edə bilərsiniz. Sizə ölkə naminə böyük uğurlar arzu edirəm.