Martın 24-də axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Lənkəran və Astara rayonları ərazisində gecə saat 03:00 radələrində başlayan yanğın söndürülüb.

Ərazi yüksək dağ massivində, çətin relyefdə yerləşməsi və havanın küləkli olması səbəbindən yanğının qarşısı səhər saatlarında alınıb.

Səhər saatlarında yağış yağması və küləyin azalması yanğının söndürülməsinə əlverişli zəmin yaradıb.

Yanğının Hirkan Milli Parkının ərazisinə keçməsinin də qarşısı alınıb. Hazırda ərazi nəzarət götürülüb.