Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.

Unikal.org xəbər verir ki, fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur. Prezident İlham Əliyevə məlumat verildi ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub. Diqqətə çatdırıldı ki, təsərrüfatda 25 işçi çalışır.

Azərbaycan Prezidenti pambıqçılarla görüşdü.

Ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən pambıqçı Sədaqət AÄžAYEVA dedi:

-Xoş gəlmisiniz cənab Prezident. Sizinlə hər dəfə görüşəndə çox şad oluruq. Çox sevinirik ki, iş yerlərimiz artır. Ayda 300-350 manat maaş alırıq. Yaxşı dolanırıq, çox sağ olun. Allah Sizin, Mehriban xanımın canını sağ eləsin. Novruz bayramınız da mübarək.

Prezident İlham ƏLİYEV dedi:

-Çox sağ olun. Mən də sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Səpin başlayır. Sizə bol məhsul arzulayıram.

Şadam ki, Bərdə rayonunda pambıqçılığın şöhrəti bərpa olunur. Vaxtilə böyük işlər görülmüşdü. Siz yaxşı bilirsiniz ki, 1970-1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Bərdə rayonunda pambıqçılıq geniş vüsət almışdı. Bərdə o vaxt pambıqçılıq sahəsində aparıcı rayonlardan biri idi. O vaxt əlbəttə ki, Azərbaycanda daha çox pambıq yığılırdı, 1981-ci ildə təxminən bir milyon tona çatmışdı. Təkcə Bərdə rayonu o vaxt 120 min ton pambıq təhvil verirdi. Ancaq əfsuslar olsun ki, son illər ərzində pambıqçılıq tənəzzülə uğramışdı. Ona görə, ciddi tədbirlər görüldü, dövlət bu işə lazımi dəstəyi göstərdi və qısa müddət ərzində pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdır, o cümlədən Bərdə rayonunda. Məndə olan məlumata görə, 2015-ci ildə Bərdədə cəmi 3 min ton pambıq yığılmışdır. Keçən il isə 22 min 400 ton. Görülən tədbirlər nəticəsində iki il ərzində pambığın tədarükü təxminən 7-8 dəfə artmışdır. Bax, bu texnika təzə texnikadır. Özü də bu traktorlar Azərbaycan istehsalıdır. Vaxtilə biz bu istehsalı "Belarus şirkəti ilə birlikdə Gəncə şəhərində qurmuşuq. İndi də fermerlərin tələbatını yerli texnika ilə tam ödəyirik. Digər qoşqular, bunlar xaricdən gətirilib, gübrələr indi lazımi həcmdə verilir, suvarma işləri təşkil olunur. Yəni, pambıqçılığın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Yerli və mərkəzi icra orqanları, fermerlər, şirkətlər bu işlərdə çox fəal çalışırlar. Əlbəttə ki, vətəndaşlar üçün yeni iş yerləri yaradılır.

Bərdədə pambıqçılığın çox böyük ənənələri var. Burada yaşayan insanlar bu işi yaxşı bilirlər. İndi isə biz pambıqçılığı demək olar ki, bərpa etmişik. Əminəm ki, növbəti illərdə daha yüksək nəticə olacaq, məhsuldarlıq daha da artacaq. Buna imkan var. İndi fermer məlumat verdi ki, keçən il hektardan 27 sentner məhsul götürüb. Bu il isə öhdəlik götürüb ki, 35 sentner götürəcək. Məncə, tam realdır. Bu texnikanı, sizi, bu gübrələri, buraya gələn su xətlərini görəndə inam yaranır ki, məhsuldarlıq daha da yüksək ola bilər.

Beləliklə, həm iş yerləri yaradılır, həm ölkə iqtisadiyyatına, yerli istehsala təkan verilir. Çünki indi pambıqçılıq üçün lazım olan bir çox texnikanı, o cümlədən suvarma texnikasını biz özümüz istehsal edirik. Əgər bütün aqrotexniki tədbirlər düzgün təşkil olunarsa, hesab edirəm ki, ölkə üzrə hektardan məhsuldarlıq ən azı 20 sentner olmalıdır. Keçən il bir qədər aşağı idi. Biz bu məsələ ilə məşğuluq. Sabah keçiriləcək müşavirədə bu il görüləcək işlər haqqında danışacağıq. Ancaq məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır.

Mən göstəriş vermişdim ki, daha çox iş yeri yaratmaq üçün, ilk növbədə, gərək vətəndaşlar bu işlərə dəvət olunsunlar, yaxşı məvacib verilsin. Biz pambığın satınalma qiymətini artırmışıq, indi 60 qəpikdir. Biz 45 qəpikdən başlamışdıq, sonra 50 qəpik oldu, indi 60 qəpikdir. İndi hər şey sizdən asılıdır. Nə qədər çox pambıq yığsanız məvacibiniz də o qədər çox olacaq. Mən istəyirəm ki, çox yığasınız, çox qazanasınız və ailə büdcənizə də yaxşı töhfə verəsiniz. Xüsusilə nəzərə alsaq ki, pambıqçılıqda kişilərlə bərabər daha çox qadınlar işləyir. Belə olan halda, ailə büdcəsinə hər iki tərəfdən vəsait daxil olacaq.

Görülən işlərlə bağlı sizi təbrik edirəm. Gələcək işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun.


xxx

Bu gün prezident İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.

Unikal.org-un məlumatına görə, prezident İlham Əliyevə məlumat verilib ki, ötən il fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb.
Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub. Diqqətə çatdırılıb ki, təsərrüfatda 25 işçi çalışır.
Azərbaycan prezidenti pambıqçılarla görüşüb. Pambıqçı Sədaqət Ağayeva ölkəmizdə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçısı görüşdə çıxış edib.

Sonra səpin işlərinə başlanılıb.

Daha sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxıb. Məlumat verilib ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün "Azərpambıq MMC ilə müqavilə imzalanıb.

xxx


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gəlib.

Unikal.org-un məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına məlumat verib.